Tərtərdə oğurluq edən şəxslər saxlanıldı - FOTO

Tərtər rayonunda oğurluq hadisəsi olub.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini olan bir nəfər mart ayının 25-də Köçərli kəndində yerləşən ona məxsus obyektdən oğurluq edilməsi barədə Tərtər Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib. Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri - Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənov saxlanılıblar.
Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












