Tərtərdə qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldular - FOTO
Xəbərlər
30 İyul 2021 11:07

Tərtərdə qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldular.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Ələsgərli kəndində yerləşən qəbiristanlıqdakı məzarların ətrafına quraşdırılan məhəccərin alüminiumdan olan bəzək əşyalarını oğurlayan iki nəfər şəxs “iş başında” saxlanılıb.
Araşdırmalarla onların rayon sakinləri Səxavət Axundlu və Kənan Tağızadə olduqları müəyyən edilib.
Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğurluq əməlini etiraf edərək, qanunsuz yolla əldə etdikləri bəzəkləri “QAZ-32213” markalı nəqliyyat vasitəsinə yükləyərək hadisə yerindən uzaqlaşmaq istədiklərini bildiriblər.
Qeyd edilən faktla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.
Oxunub : 1118
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
8 Oktyabr 2026 21:44
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
8 Oktyabr 2026 12:41
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
8 Oktyabr 2026 11:53
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
8 Oktyabr 2026 11:14
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
8 Oktyabr 2026 11:11
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
8 Oktyabr 2026 09:24
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
7 Oktyabr 2026 22:17
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
ŞƏRH YAZ












