Tibbi yardım maşınlarının xüsusi zolaqlarda hərəkət etməsi üçün icazələr alınıb

"Təcili tibbi yardım maşınlarının avtobuslar üçün ayrılmış xüsusi zolaqlarda hərəkət etməsi üçün müvafiq qurumlardan icazələr alınıb".
Avtosfer.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair keçirilən mətbuat konfransında jurnalistlərin sualını cavablayarkən deyib.
O bildirib ki, həmin maşınların müvafiq zolaqlara çıxması üçün vətəndaşlar yol verməlidirlər:
"Əvvəllər təcili yardım maşınlarına yol vermək ciddi problem idi. İndi isə bu, daha yaxşı haldadır. Təcili yardım maşınlarının gecikməməsi üçün vətəndaşlar müvafiq zolaqlara təcili yardım maşınlarının çıxmasına yol verməlidirlər".
Qurum rəsmisi qeyd edib ki, təcili tibbi yardım maşınlarında xəstə daşınmadığı zaman səs və işıq siqnallarından istifadəyə icazə verilmir:
"Əgər avtobusda xəstə daşınırsa, bu zaman səsgücləndiricidən və işıq siqnallarından istifadəyə icazə verilir. Əks halda bunun istifadəsi yolverilməzdir. Çünki bu, vətəndaşların rahatlığını pozan bir haldır. Təcili yardım maşını xidmət göstərdikdən sonra müvafiq ünvanına qayıdanda bu siqnallara ehtiyac yoxdur".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












