Tıxacda qalan son gəmi Süveyş kanalından keçib

Aprelin 3-də günorta saatlarında Süveyş kanalında tıxacda qalan 422 gəmi və tankerdən son 61-i hər iki istiqamətdə kanaldan keçib.
Bunu jurnalistlərə Misirin Süveyş Kanalı İdarəsinin rəisi Üsamə Rabiyə deyib. O bildirib ki, martın 25-də Panama bayrağı altında üzən “Ever Given” gəmisinin saya oturması nəticəsində bağlanan kanalda gəmilərin hərəkəti tam bərpa olunub.
Misir rəsmisi qeyd edib ki, tıxacda qalan gəmilərdə 26 milyon ton yük olub və onların hamısı yola salınıb. Bu gün isə Süveyş kanalına əlavə 24 gəmi yaxınlaşıb. Kanal tam açıq olduğundan, onların hərəkəti normal qaydada davam edəcək.
Rabiyə əlavə edib ki, Misir kanalın bağlanmasına görə “Ever Green” şirkətindən tələb edəcəyi 1 milyard dollardan başqa, yedək gəmiləri və digər texnikanın xərclərini də istəyəcək. (AZƏRTAC )
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?










