Tovuzda keçid tikən şirkətlə sahibkar arasında qalmaqal: Kompensasiya ödəniləcəkmi? - VİDEO

Tovuz şəhərinin Rövşən Məmmədov küçəsində yeraltı avtomobil keçidi və piyada keçidinin inşası aparılır.
Tikinti gedən ərazidə bir neçə obyekt və yaşayış evi layihə üzrə plana düşüb. Belə obyektlərdən biri də həmin küçədə yaşayan Süleyman Abdullayevə məxsusdur. Ərazidə tikinti aparan şirkətin rəsmiləri vətəndaşa məxsus mağazanın plana düşdüyünü və buranın kompensasiya qarşılığında söküləcəyi ilə bağlı ona şifahi məlumat veriblər.
Tikinti şirkətinin kompensasiya ilə bağlı şifahi məlumatından sonra vətəndaş obyektlərinin fəaliyyətini dayandırıb. O, aylar sonra öyrənib ki, obyektləri layihədən çıxarılıb. Bununla bağlı şirkətin rəsmilərinə üz tutub. Podratçı şirkətin məsələyə yanaşması vətəndaşı qane etmir. Süleyman Abdullayev ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
Məsələ ilə bağlı şirkətin ərazi üzrə sahə rəisi Mahir Göyüşovla əlaqə saxladıq. O dedi ki, obyektlərin sonradan plandan çıxarılması doğrudur, amma mağazaların giriş-çıxış imkanları məhdudlaşdırılmadığından kompensasiya ödənilməyəcək. Obyekt sahibi eyni zamanda Tovuz Rayon İcra Hakimiyyətinə də yazılı müraciət edib. Qurumun memarlıq və tikinti şöbəsindən bildirilib ki, "əgər obyekt nə vaxtsa sökülərsə, o zaman kompensasiya ödənilə bilər".
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












