Tovuzda oğurluq edən şəxslər tutulub - FOTO
Xəbərlər
30 İyun 2021 13:38

Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində ayrı-ayrılıqda oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayon Suvarma Sistemləri İdarəsinə məxsus rayonun Ceyrançöl ərazisində quraşdırılmış artezian mühərrikini oğurlamaqda şübhəli bilinən rayonun Çatax kənd sakini Murad Quliyev və Bakı şəhər sakini Nizaməddin Ələkbərov saxlanılıblar. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf ediblər.
Polis əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat nəticəsində rayon ərazisindəki fermalardan birindən 450 manat dəyərində elektrik naqilllərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Belə ki, həmin şəxslərin rayonun Düz Cırdaxan kənd sakini Sərxan Məmmədov və həmkəndlisi Oktay Məmmədov olması müəyyən edilib. Bundan başqa onların ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılan şəxslər cari ilin müxtəlif vaxtlarında rayon ərazisindəki daş karxanasından 600 manatlıq, digər bir fermadan isə 1800 manatlıq elektrik naqillərini oğurlayıblar.
Qeyd edilən faktlarla bağlı Tovuz RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxunub : 1474
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
9 Oktyabr 2026 16:11
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
ŞƏRH YAZ



















