Tovuzda “patı” satmaqda şübhəli bilinən şəxslər saxlanılıb - FOTO

Tovuz rayonunda qanunsuz olaraq narkotik vasitə satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, rayon sakini Samir İbrahimov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman oradan narkotik vasitə olan “metamfetamin” və qurudulmuş “marixuana” aşkar edilərək götürlüb.
Polis əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış etədbirləri nəticəsində “patı” satmaqda şübhəli bilinən Nizami Məmmədov da saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman isə qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar edilərək götürülüb.
Bundan başqa rayon sakini Saleh Məmmədov saxlanılan zaman qanunsuz olaraq əldə edib saxladığı narkotik maddə olan “metamfetamin” aşkar olunub.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












