Tovuzda toy qaydalarının pozuldması aşkarlanıb - FOTO

Tovuz rayon Pols Şöbəsinin əməkdaşları tərəfindən şadlıq evlərində monitorinq keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, tədbir zamanı işçi personalının vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib.
Polis əməkdaşları mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmamasını da yoxlayıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb.
Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı rayon ərazisində keçirilən toy mərasimləridə 22 qayda pozuntusu müəyyən edilib ki, onlardan ikisi şadlıq saraylarında aşkar olunub. 20-si isə fərdi yaşayış evlərində keçirilən toy mərasimləri zamanı aşkarlanan qayda pozuntularıdır.
Aşkar edilən hər bir fakt üzrə polis əməkdaşları İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə inzibati protokol tərtib edib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı














