Turistlərin ən çox üz tutduğu milli parklarımız - FOTO

Azərbaycanın müxtəlif ekosistemlərini özündə birləşdirən milli parklara “Yaşıl dünya naminə həmrəylik” ilində 223 549 turist səfər edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib.
O qeyd edib ki, 2024-cü ilin bu gününədək ən çox turist qəbul edərək ilk üçlükdə yer alan milli parklar Göygöl, Şahdağ və Abşeron milli parklarıdır:
“Ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağın artmasına bu il də şərait yaradıb”.
A.Babayeva Azərbaycan təbiətini sevən, onun gözəlliklərinə dəyər verən hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və bayram tətili günlərini milli parklarımızda keçirməyə dəvət edib.











Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












