Türkiyə ABŞ-dan “F-16” qırıcılarının satışının sürətləndirilməsini tələb edib

Türkiyə ABŞ-dan “F-16” qırıcılarının alınması məsələsini tez bir zamanda həll etməyi tələb edib.
Bu barədə “Sabah” qəzeti öz mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, Ankara tərəfi prosesi ləngiməsini istəmir və Vaşinqtondan satışı tezləşdirməsini istəyib.
“Bu səbəbdən o, Pentaqonla danışıqlar aparır və məsələnin ABŞ Konqresinə təqdim olunmasını tələb edir”, - deyə mənbədən bildirib və Konqresin müəyyən müddət ərzində məsələni təsdiqləməli olduğu vurğulanıb.
Qeyd edək ki, Ankara ABŞ-dan 40 vahid “F-16” qırıcısı almaq, həmçinin silahlandırmada olan daha 80-nini yeniləmək niyyətindədir.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ dövlət başçısı Co Baydenin sentyabr ayında Nyu-Yorkda keçiriləcək BMT sammiti zamanı görüşə biləcəyi barədə məlumatlar var. Mümkün görüş zamanı Türkiyənin ABŞ-dan F-16 alması ilə bağlı məsələnin müzakirə olunacağı gözlənilir.
Mənbə: TASS
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












