Türkiyə beynəlxalq dəmir yolu daşımalarını 19%-dən çox artırıb

Bu ilin yanvar-aprel aylarında Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryolları Daşımalarının (TCDD Taşımacılık AŞ) daxili daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 24,8%, beynəlxalq daşımaları isə 19,8% artıb.
Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.
Hesabata əsasən, Türkiyə son 18 ildə həyata keçirdiyi prioritet dəmir yolu siyasəti, infrastrukturu yenilənmiş-modernləşdirilmiş Bakı-Tbilisi-Qars Dəmir Yolu xətti və Marmaray Boğaz Boru Keçidi ilə beynəlxalq dəmir yolu dəhlizində mühüm bir mərkəzə çevrilib.
Milli və yerli dəmir yolu sənayesinin inkişafı ilə müxtəlif növ vaqonlar istehsal olundu ki, bununla da, geniş çeşidli məhsullar daşımaq mümkün oldu.
Bu ilin ilk 4 ayında 255,222 min vaqon və 9,549 milyon ton yük daşınıb ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 22% və 24,7% çoxdur. Hesabat dövründə beynəlxalq daşımalarda vaqon sayı 19,3% artaraq 36,698 minə, yükün həcmi isə 19,8% artaraq 1,367 milyon tona çatıb. Beləliklə, dəmir yolu daşımaların ümumi daşımalarda payı 5%-ə yüksəlib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












