Türkiyə HHQ təkmilləşdirilməsi tamamlanan 2-ci A400M təyyarəsini qəbul edib

Türkiyə Silahlı Qüvvələrinin inventarında olan ikinci A400M təyyarəsinin təkmilləşdirilməsi prosesləri tamamlanıb.
Avtosfer.az-a xəbər verir ki, “Asfat” şirkəti Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) inventarında olan A400M nəqliyyat təyyarəsinin “retrofiyası” əməliyyatlarını davam etdirir.
“Asfat” və “Airbus” arasında imzalanan müqavilə çərçivəsində TSQ inventarında olan ilk A400M təyyarəsinin təkmilləşdirmə prosesləri 2021-ci ilin iyul ayında tamamlanaraq təhvil verilib.
“Asfat” olaraq Kayseridəki “Fasbat” Gücləndirmə Mərkəzimizdə təkmilləşdirilmiş ikinci A400M təyyarəsini Hava Qüvvələri Komandanlığımıza vaxtında təhvil verdik. Ölkəmizə, millətimizə xeyirli olsun”, - deyə açıqlamada qeyd olunub.
A400M layihəsi çərçivəsində İspaniyadan kənarda bir ilk olan 2-ci Hava Baxımı Zavodu Müdirliyində/Kayseridə A400M təkmilləşdirilməsi işləri aparılır. Qarşıdakı dövrdə bu obyektdə daha 7 A400M nəqliyyat təyyarəsinin təkmilləşdirilməsi prosesinin həyata keçirilməsi planlaşdırılır. Bu layihə ilə Türkiyə dünyada təsdiqlənmiş A400M baxım, təmir və gücləndirmə mərkəzinə malik 4-cü ölkə olub. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus A400M təyyarələrinin yenidənqurma əməliyyatları üçün xaricə göndərilməsinə ehtiyac qalmayıb, yenidən təchizat və texniki xidmət əməliyyatları üçün başqa ölkələrdən də Kayseriyə A400M təyyarələrinin gətirilməsi mümkün olub.
TED.az
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












