Türkiyə indiyədək məhv etdiyi terrorçuların sayını AÇIQLADI

Son 1 ayda terrorçulara qarşı 6 böyük, 16 orta səviyyəli əməliyyat keçirilib. 24 iyul 2015-ci ildən bu yana 18 455 terrorçu, bu ilin əvvəlindən isə 1865 terrorçu zərərsizləşdirilib.
Bunu Türkiyə Milli Müdafə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müşavirliyinin analiz və qiymətləndirmə mütəxəssisi mayor Pınar Kara bildirib.
Onun sözlərinə görə, aprelin 23-də başlayan və eyni vaxtda İraqın şimalında Metina və Avaşin-Basyan bölgələrində həyata keçirilən "Pençe-Şimşek" və "Pençe-Yıldırım" əməliyyatlarında indiyə qədər 244 terrorçu zərərsizləşdirilib:
"İraq başda olmaqla bütün qonşularımızın sərhədlərinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq ölkəmizə qarşı terror təhlükəsi əleyhinə apardığımız bütün əməliyyatlar nəticəsində 600 mina və partlayıcı qurğu aşkar edilərək məhv edilib, çoxlu sayda silah-sursat və digər vasitələr ələ keçirilib. Bu əməliyyatlar beynəlxalq hüquq və özünümüdafiə hüququ çərçivəsində yalnız bölgədəki terrorçu ünsürləri hədəf alaraq həyata keçirilir".
P.Kara əlavə edib ki, qaçaqmalçılığın və qeyri-qanuni mühacir axınının qarşısının alınması və terrorçularla mübarizənin effektivliyinin artırılması çərçivəsində sərhədlərdə texnoloji vasitələrlə dəstəklənən fiziki təhlükəsizlik sistemləri qurulub./publika.az
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












