Türkiyə ordusu daha 2 terrorçunu məhv etdi

Suriyada "Zeytun budağı" əməliyyatı bölgəsinə hücum etməyi planlaşdıran 2 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Şəhidlərimizin qanını yerdə qoymadıq və qoymayacağıq! "Zeytun budağı"ı bölgəsinə hücum edən terrorçuların mövqeləri təsbit olunduqdan sonra onların məhv edilməsi istiqamətində əməliyyatlarımız davam edir. Hücum etməyə hazırlaşan daha 2 terrorçu komandolarımız tərəfindən zərərsizləşdirilib", - nazirlikdın bildirilib.
Qeyd edək ki, aprelin 7-də "Zeytun budağı" bölgəsində PKK/YPG-PYD terror qruplaşmasının hücumu nəticəsində Türkiyə ordusunun 2 hərbçisi şəhid olub. Cavab atəşi nəticəsində 3 terrorçu məhv edilib. Bununla da iki gündə həmin regionda 5 terrorçu zərərsizləşdirilib.
Xatırladaq ki, "Zeytun budağı" antiterror əməliyyatı 2018-ci il yanvarın 20-də Suriyanınn şimalında PKK/YPG-PYD terror qruplaşmasına qarşı başlayıb. Əməliyyat bölgəsinə Suriyanın Afrin, Hələb, Suriya-Türkiyə sərhədi daxildir.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












