Türkiyə qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

Türkiyənin Ticarət Nazirliyi qaçqınların Suriyaya getmələrinə nəzarətin sadələşdirilməsi üçün sərhəd gömrük məntəqələrinə göstəriş göndərib.
Avtosfer.az xəbər verir ki, bundan sonra vətənə qayıtmaq istəyən suriyalılar Türkiyədən avtomobil, pul və zinət əşyalarının ixrac edilməsi üçün gömrük bəyannamələrini sadələşdirilmiş formada doldura biləcəklər.
Qərar qaçqınların Suriyaya sürətlə qayıtmaları yolunda maneələrin aradan qaldırılmasına yönəlib.
Bu arada Türkiyənin daxili işlər naziri Ali Yerlikaya 2024-cü il yanvarın 1-dən dekabrın 9-dək Suriyaya 124 min 325 qaçqının geri qayıtdığını bildirib.
Eyni zamanda, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Suriyada hakimiyyət dəyişikliyi fonunda qaçqınların vətənlərinə qaytarılması prosesinin ikiqat sürətləndiyini bildirib.
Nazir, həmçinin suriyalıların doğma evlərinə qayıtmaları üçün ikimərhələli planı açıqlayıb. “Birinci mərhələdə İdlib vilayətindəki qaçqın düşərgələrində olan məcburi köçkünlər, daha sonra isə Türkiyədəki suriyalılar Suriyanın müxtəlif bölgələrinə geri qayıdacaqlar. Bütün proses könüllü xarakter daşıyır”, - deyə türk nazir qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












