Türkiyə təyyarə qəzası ilə bağlı araşdırma qrupu göndərir

“Azərbaycan Hava Yolları”na aid sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin müraciəti əsasında qəzanın səbəblərinin araşdırılması, texniki və əməliyyat analizlərinin aparılması və lazımi dəstəyi təmin etmək üçün 8 nəfərdən ibarət istintaq komissiyası təyin edilib”.
Avtosfer.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X”-də yazıb.
Onun sözlərinə görə, nümayəndə heyəti bu gün axşam saatlarında Bakıya yola düşəcək və sabahdan etibarən öz təcrübə sahələrinə uyğun olaraq insidentin bütün aspektlərini araşdırmaq üçün Azərbaycanın hakimiyyət orqanları ilə koordinasiyalı işləyəcək.
“Türkiyə olaraq hər şəraitdə Azərbaycanın yanında olduğumuzu bildirir, həyatını itirənlərə Allahdan rəhmət, azərbaycanlı qardaşlarımıza şəfa diləyirik”, - nazir qeyd edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












