AZAL-ın təyyarəsini hava boşluğundan çıxaran pilotlar mükafatlandırılıb - FOTO

Bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin rəhbərliyi 10 min metrdən çox yüksəklikdə güclü turbulentlik zonasında təyyarənin idarə edilməsi zamanı peşəkar məharət göstərən aviaşirkət pilotları ilə görüş keçirib. Bu barədə Avtosfer.az-a AZAL-dan bildirilib. Məlumata görə, avqustun 7-də İstanbuldan Bakıya hərəkət edən “Azərbaycan Hava Yolları” aviaşirkətinin Airbus A320 təyyarəsi Türkiyə səmasında güclü turbulentlik zonasına düşüb.
AZAL-ın prezidenti Cahangir Əsgərov güclü turbulentlik zamanı bacarıqlı hərəkətlərinə görə pilotlar Emin Babayevə, Elşən Sadıqbəyliyə və Məhəmməd Əliəsgərova təşəkkürünü bildirib və onlara qiymətli hədiyyələr təqdim edib.
"Pilotlar təyyarəni güclü turbulentlik zonasından çıxararaq vəziyyəti nəzarətə götürmüş və ştat rejimində uçuşu davam etdiriblər", - deyə Cahangir Əsgərov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın milli aviadaşıyıcısı uçuşların təhlükəsizliyinə və uçuş heyətinin peşəkar hazırlığına hər zaman böyük diqqət yetirir. Aviaşirkətin pilotları təyyarənin müxtəlif şəraitdə idarə olunması zamanı ekipajın hərəkətlərini keyfiyyətli məşq etməyə imkan verən aviatrenajorlarda daim hazırlıq keçirlər.
C. Əsgərovun qeyd etdiyi kimi, turbulentlik - demək olar ki, hər bir mülki aviasiya pilotunun üzləşdiyi tez-tez rast gəlinən təbiət hadisəsidir. Aydın səmada turbulentliyi (AST) əvvəlcədən müəyyən etmək mümkün deyil, lakin təyyarələr üçün heç bir təhlükəsi yoxdur.
Uçuş heyəti də onlara göstərilən diqqətə görə rəhbərliyə təşəkkür edərək, gələcəkdə də peşə bacarıqlarının təkmilləşdirilməsinə və uçuşların təhlükəsizliyinin təmin olunmasına davam edəcəklərini qeyd edib.

Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












