Türkiyədə meşəlik ərazi həlak olan Rusiya pilotlarının şərəfinə adlandırılacaq - FOTO

Türkiyənin Bodrum şəhərində salınacaq meşəlik ərazi Be-200 amfibiya təyyarəsinin ölən heyət üzvlərinin şərəfinə adlandırılacaq.
Bu barədə Bodrum Bələdiyyə Başçısı Əhməd Aras “RİA Novosti”yə verdiyi müsahibədə bəyan edib.
O, Türkiyənin müxtəlif bölgələrində baş verən yanğınlarla mübarizədə verdiyi dəstəyə görə Rusiya Federasiyasına təşəkkürünü bildirib və Be-200 təyyarəsinin qəzaya uğramasının hər kəsi şoka saldığını vurğulayıb. Bələdiyyə sədrinin sözlərinə görə, Türkiyə yanğını söndürmək üçün təyyarələrini və helikopterlərini ilk göndərənlərdən olan Rusiyanın yardımını heç vaxt unutmayacaq.
“Bu qəhrəmanların xatirəsini əbədi qorumağa imkan verən layihə həyata keçirmək niyyətindəyik. Onların fədakarlığı hər zaman qəlbimizdə qalacaq”, - deyə Aras bildirib.
Aras, artıq ümidin olmadığı bir dövrdə Rusiya pilotlarının yüksək cəsarətinin digər yanğınsöndürmə qruplarının üzvlərinə inam qazandırdığını və yerli əhalini ruhlandırdığını vurğulayıb.
Xatırladaq ki, avqustun 14-də Adana şəhərində ildırım vurmasından sonra yaranan meşə yanğınının söndürülməsində iştirak edən Rusiyaya məxsus Be-200 təyyarəsi qəzaya uğrayıb. Faciə zamanı göyərtədə beş rusiyalı hərbçi və üç türkiyəli nümayəndə olub.
Qəzanın səbəblərini aydınlaşdırmaq üçün Rusiya Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiyanın Ankaradakı səfirliyinin nümayəndələri qəza yerinə göndərilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












