Türkiyədə tələbə qızı şantaj edən azərbaycanlıya hökm oxundu

Türkiyənin Kayseri şəhərində fəaliyyət göstərmiş Azərbaycan Tələbələr Birliyinin rəhbəri Əlixan Məhərrəmlinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Ə.Məhərrəmli tələbə qız və onun anasından hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyib.
Qeyd edək ki, Ə.Məhərrəmli 2018-ci ildə Kayseri şəhəri Azərbaycan Tələbələr Birliyinin, 2020-ci ildən Kayseri Türk Dünyası Tələbələr Birliyinin sədri olub.
İttihama görə, o, Türkiyədə təhsil alan S.Əkbərovanı (şərti) guya qeyri-qanuni hərəkətləri ilə əlaqədar şantaj edərək ondan 68 min manat tələb edib. Tələbə bu barədə anasına məlumat verdikdən sonra da təqsirləndirilən şəxs şantaja davam edib. S.Əkbərova tələbə yoldaşı Əlixan Məhərrəmlinin ondan hədə-qorxu gəlməklə 20 min dollar tələb etməsi ilə bağlı polis orqanına müraciət etmişdi.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












