Türkiyənin aeroportlarında sərnişin axını 20 milyon nəfəri ötüb

2024-cü ilin may ayında Türkiyə hava limanlarında sərnişin axını 20 milyon 230 min 573 nəfər olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı, iyunun 11-də Türkiyənin Dövlət Hava Limanları İdarəsinin (DHMİ) son məlumatlarına istinadla ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
Nazirin sözlərinə görə, sərnişinlərin ümumi sayından 8 milyon 158 min nəfəri daxili xətlərin xidmətlərindən istifadə edib, 12 milyon 54 min 832 nəfər isə beynəlxalq reyslərə bilet alıb.
Uraloğlu onu da qeyd edib ki, may ayında Türkiyə hava limanlarında daxili reyslərdə 78 475, beynəlxalq reyslərdə isə 77 751 təyyarənin eniş-qalxış əməliyyatları həyata keçirilib.
Hesabat dövründə hava yüklərinin daşınmasının həcmi 404 min 754 ton olub; onlardan 69 min 126 tonu ölkədaxili, 335 min 629 tonu isə beynəlxalq reyslərin payına düşüb.
Nazir 2024-cü ilin yanvar-may ayları üçün sərnişindaşıma göstəricilərinə də diqqət çəkib. Belə ki, bu ilin ilk 5 ayında Türkiyə hava limanlarında sərnişin axını 82 milyon 109 min 667 nəfər olub ki, bu da ötən illə müqayisədə 8,4 faiz çoxdur.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












