Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi ULAQ-ın seriya istehsalına başlanılıb

Sınaq və təlimlərdəki müvəffəqiyyəti ilə diqqət çəkən Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi (SİDA) ULAQ-ın seriya istehsalına başlanılıb.
Avtosfer.az xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin əsas şirkətlərindən olan “Meteksan” və “Ares” Gəmiqayırma Zavodu tərəfindən ölkənin ilk SİDA-sı olan ULAQ layihəsi uğurla tamamlanıb. Bunun ardınca adıçəkilən dəniz vasitəsinin daha təkmilləşdirilmiş versiyasının istehsalına başlanılıb.
2018-ci ildən həyata keçirilməyə başlanılan layihənin 2020-ci ildə dəniz və quru sınaqlarına start verilib. ULAQ 2021-ci ildə Türkiyədə keçirilən təlimlərdə təqdim edilən texnikaların sırasına əlavə olunub.
Prototip formatda istehsal edilən və uzunluğu 11 metr olan ULAQ uzaqdan idarəedilən qayıqdan daha çox, öz-özünü idarə edən nəqliyyat vasitəsidir.
ted.az
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












