Türkmənistan Azərbaycanı nəqliyyat dəhlizləri üzrə layihələr hazırlamağa dəvət edib

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.
Avtosfer.az xəbər verir ki, görüşdə Mərkəzi Asiyada nəqliyyat-kommunikasiya şəbəkəsinin inkişaf perspektivlərindən və onun beynəlxalq nəqliyyat infrastrukturuna səmərəli inteqrasiyasından danışan Sərdar Berdiməhəmmədov, uğurlu icrası üçün hər iki ölkənin potensialından daha geniş istifadə etmək məqsədilə yeni nəqliyyat dəhlizlərinin formalaşdırılması üzrə birgə tədbirlərin görülməsinin zəruriliyini qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Türkmənistan müasir infrastrukturundan istifadə edərək müxtəlif dövlətlərə tranzit xidmətləri göstərir. Bu fakt regionlararası və ikitərəfli münasibətlərin möhkəmlənməsinə xidmət edir. Görüş zamanı enerji sahəsində əməkdaşlığın artırılmasının zəruriliyi məsələsi də müzakirə edilib.
Tərəflər həmçinin qeyd ediblər ki, nazirlik və idarələrin, işgüzar dairələrin nümayəndələrinin mütəmadi görüşləri, davam edən genişmiqyaslı birgə forumlarda iştirak Türkmənistan-Azərbaycan dialoqunun möhkəmlənməsinə xidmət edir.
Eyni zamanda, iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı üçün müvafiq iqtisadi, maliyyə və hüquqi şəraitin daha da təmin edilməsinin, birgə biznes forumların təşkilinin vacibliyi vurğulanıb.
APA
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA












