TURKUAZ layihəsi çərçivəsində rekord sayda konteyner yola salınıb

“ADY Konteyner” şirkəti Bakı-Tbilisi-Qars dəmiryolu xəttinə əlavə yüklərin cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
“ADY Konteyner”dən Avtosfer.az-a verilən məlumata görə, BTQ vasitəsilə Gürcüstandan keçməklə Türkiyədən Azərbaycana və əks istiqamətdə konteyner qatarları ilə yüklərin çatdırılmasını nəzərdə tutulan TURKUAZ layihəsi çərçivəsində ilk dəfə olaraq rekord sayda – 48 konteynerdən ibarət blok qatar ölkəmizə yola düşüb. 45 futluq konteynerlərdə Konya şəhərindən Bakıya şəkər tozu çatdırılacaq. Qatarla ümumilikdə ölkəyə 1 344 ton şəkər tozu gətirilir. “ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi çərçivəsində daşımaların həcmi artmaqdadır. Ötən ay layihə çərçivəsində 222 konteyner daşınıb. Artıq yola düşən və yüklənməkdə olan konteynerlərin sayı deməyə əsas verir ki, bu ay daşınacaq konteynerlərin sayında da artım olacaq. Bu da, öz növbəsində, BTQ ilə daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












