Tvinninq layihənin rəhbər komitəsinin növbəti iclası keçirilib - FOTO

Sentyabrın 15-də “Ümumi Tranzit Proseduru Konvensiyası, Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi Konvensiyası və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (YKTS) qoşulmaq prosesində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə dəstək” tvinninq layihəsinin Rəhbər Komitəsinin 4-cü iclası keçiri- lib. Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisində keçirilən iclasda Dövlət Gömrük Komitəsinin Katibliyinin rəisi Anar Süleymanov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, İqtisadiyyat Nazirliyinin nümyəndəsi, İşçi qrupun Azərbaycandan olan üzvləri, Layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco və işçi qrupun İtaliyadan olan üzvləri iştirak ediblər.
DGK Katibliyinin rəisi Anar Süleymanov layinənin əhəmiyyətindən danışıb və uğurla həyata keçirildiyini, icra prosesində hər hansı yubanma baş vermədiyini bildirib. O da qeyd olunub ki, işçi qrup tərəfindən layihənin icrası çərçivəsində görülən işlərə dair əhatəli hesabat hazırlanıb və DGK tərəfindən yüksək qiymətləndirilib.
Layihənin rezident tvinninq məsləhətçisi Antonio Lo Parco layihənin icrası prosesindən məmnunluqla danışıb, COVİD -19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq işçi qrupun qarşıya qoyulan məqsədləri uğurla icra etdiyini bildirib. İclasın yekununda layihənin növbəti dövri rüblük hesabatı, büdcə planı və digər sənədlər imzalanıb.
Qeyd edək ki, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən layihə İtaliya Gömrük və İnhisar Agentliyi tərəfindən icra edilir. Layihənin məqsədi Dövlət Gömrük Komitəsinin Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında 20 may 1987-ci il tarixli Konvensiyasına, 20 may 1987-ci il tarixli Ümumi Tranzit Konvensiyasına (CTC) və Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə qoşulmasının hazırlıq prosesində müvafiq hüquqi, inzibati və texniki mühitin yaradılmasına dəstək verilməsidir.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı

















