Üç ay əvvəl azadlığa buraxılan sabiq polis yenidən HƏBS OLUNDU

Qanunsuz narkotik dövriyyəsində ittiham olunaraq şərti cəza təyin olunmuş sabiq polis əməkdaşı Tural Mahmudov barəsindəki hökmdən verilmiş apellyasiya protestinə baxılıb.
Avtosfer.az apa-ya istinadən xəbər verir ki, prokurorun şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsində yenidən araşdırılan işlə bağlı qərar elan olunub
Hakim Rəşad Abdulovun sədrlik etdiyi məhkəmə heyəti Tural Mahmudov barəsindəki cəzanı ittihama görə həddən artıq yüngül hesab edərək birinci instansiya məhkəməsinin hökmünü tamamilə ləğv edib.
Məhkəmənin qərarı ilə Tural Mahmudov Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrum olunub. Sabiq polis əməkdaşı məhkəmə zalında həbs olunub.
Xatırladaq ki, Tural Mahmudov Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən həbs olunub. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3 ( qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham verilib. İbtidai və məhkəmə istintaqı zamanı həbsdə olan Tural Mahmudov may ayında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası alaraq azadlığa buraxılmışdı.
Onu da qeyd edək ki, polis mayoru Tural Mahmudov əvvəllər Salyan Rayon Polis Şöbəsində narkotiklərlə mübarizə bölməsində əməliyyat müvəkkili, həmçinin pasport qeydiyyat şöbəsinin rəisi olub.
2018-ci ildə isə daxili işlər orqanlarından xaric olunub.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











