Üç ölkədən Zəngəzur dəhlizinin açılması barədə BƏYANNAMƏ

Azərbaycan, Türkiyə və Özbəkistan Zəngəzur dəhlizinin açılmasının vacibliyini vurğulayır.
Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norovun imzaladığı Daşkənd bəyannaməsində deyilir.
Bəyannamədə tərəflər Azərbaycanın münaqişədən sonra ərazilərinin bərpasında, investisiya yolu ilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinin rekonstruksiyası və reinteqrasiyasında səylərinin dəstəklənməsinin vacibliyini ifadə ediblər.
Sənəddə qeyd olunub ki, Azərbaycan azad edilmiş ərazilərin bərpası və reinteqrasiyasında Türkiyə və Özbəkistan şirkətlərinin iştirakını yüksək qiymətləndirir.
Bəyannamədə həm də bildirilib ki, tərəflər Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasını birləşdirəcək Zəngəzur dəhlizinin beynəlxalq nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün vacibliyini vurğulayır.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












