Ucarda ev yanıb, xəsarət alan var - FOTO

Ucar rayonunun Alpout kəndində ev yanıb.
APA -nın xəbərinə görə, kənd sakini, 1961-ci il təvəllüdlü Tahir Babalı oğlu Abbasova məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət, ümumi sahəsi 210 kvadrat olan evdə güclü yanğın baş verib.
Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə zamanı Tahir Abbasovun qonşusu, 1976 -cı il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov həyətdəki 2 "Qazel" markalı yük maşınını yanğından mühafizə etmək məqsədi ilə ərazidən kənarlaşdırmaq istəyərkən xəsarət alıb.
Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Fakt araşdırılır.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?


















