Ucqar kəndlərə həkim briqadalarının çatdırılması üçün yeni avtomobillər verilib

Ucqar kəndlərə həkim briqadalarının çatdırılması üçün TƏBİB-ə yeni avtomobillər təqdim edilib.
Avtosfer.az bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
Onun sözlərinə görə, ən ucqar kəndlərdə səhiyyə xidmətinin əlçatanlığı, ilkin səhiyyə xidmətlərinin, o cümlədən ailə həkimliyi institutunun formalaşması təmin ediləcək.
"Bu istiqamətdə müəyyən yol xəritəmiz var. Ancaq onun mühüm hissəsi keçici tədbirlərdir. Bu gün mobil klinikaların olmasını göstərə bilərik. Tibb məntəqələrinin, ambulatoriyaların, ailə sağlamlıq mərkəzlərinin tam formalaşmasına qədər bu mobil klinikalar bizim ən ucqar kəndlərimizdə belə əlçatanlığı təmin etməyə imkan verəcək. Bu mobil klinikalarda ilkin səhiyyə xidməti vermək üçün hər cür şərait var. Biz bu vəziyyəti həmçinin mövcud durumun statistik analizini aparmaq və gələcəyə doğru strategiyamızı müəyyən etmək kimi qiymətləndiririk. ÜST-lə birgə icra etdiyimiz bu pilot layihə Şamaxıda olduğu kimi, ölkənin bütün rayonlarında tətbiq ediləcək".
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












