Ukrayna loukosteri Azərbaycana ilk reysini dekabrda həyata keçirəcək

Azərbaycan hökuməti “Bees Airline” aviaşirkətinə Bakıya ilk reysini bu il dekabrın 6-da həyata keçirməyə icazə verib.
Avtosfer.az xəbər verir ki, bu barədə şirkətdən “avianews.com” saytına bildiriblər.
Odessa və Gəncə arasında mütəmadi reyslər həftədə 1 dəfə - həftənin birinci günləri həyata keçiriləcək.
Odessa-Gəncə reyslərinin bir istiqamət üçün qiyməti, təxminən, 84,3 ABŞ dolları, gediş-gəliş qiyməti, təqribən, 169,7 ABŞ dolları təşkil edir. Ən ucuz tarifə yalnız əl çantasının daşınması daxildir. Təyyarənin salonuna ölçüsü 55х40х23 sm, çəkisi 7 kq-dək olan kişi, qadın çantası və ya noutbuk götürmək olar.
“Bees Airline” avişirkətinin həyata keçirəcəyi Odessa-Gəncə-Odessa reyslərinin cədvəli aşağıdakı kimidir:
- Odessadan uçuş – saat 09:00, Gəncəyə eniş - 13:20, bazar ertəsi
- Gəncədən uçuş – saat 14:20, Odessaya eniş - 15:00, bazar ertəsi
Xatırladaq ki, Ukrayna XİN 2022-ci il yanvarın 1-dək Ukrayna vətəndaşlarının Azərbaycana turizm məqsədilə səfər etməsinə qadağa qoyub. Beləliklə, hələlik bu uçuşlardan qohumlarına baş çəkmək istəyən Ukrayna vətəndaşları faydalanacaqlar.
Azərbaycan vətəndaşları Ukraynaya səfər etmək üçün peyvəndləmə sertifikatına malik olmalı və ya uçuşdan öncə test etdirməlidirlər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












