Ukrayna şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməyə maraqlıdır

Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Ukrayna tərəfindən həmsədr, infrastruktur naziri Vladislav Kriklinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ölkələr arasında energetika sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Energetika Nazirliyindən verilən məlumata görə, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına və münasibətlərin möhkəmləndirilməsinə Hökumətlərarası Komissiyanın töhfələrini qeyd edən energetika naziri qarşılıqlı ticarət və investisiyaların artan tendensiya ilə inkişaf etdiyini vurğulayıb.
Azərbaycan-Ukrayna ikitərəfli enerji əlaqələrinin inkişafı və birgə layihələrin həyata keçirilməsi məqsədi ilə yaradılmış İşçi Qrupun fəaliyyətinə və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan növbəti iclasda müzakirə ediləcək məsələlərə diqqət çəkilib.
Ukraynanın infrastruktur naziri Vladislav Krikli Azərbaycanın qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğuna, bununla da regionda sülhün bərqərar olduğuna diqqət çəkib və işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində Ukrayna şirkətlərinin də iştirak etməkdə maraqlı olduğunu bildirib. Eyni zamanda, hazırda Ukraynada həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verərək, Azərbaycanın biznes təmsilçiləri üçün ölkəsində geniş investisiya imkanlarının olduğunu bildirib. Ticari-iqtisadi münasibətlərin dinamik inkişafının bundan sonra da davam edəcəyinə əminlik ifadə edilib.
Görüşdə Ukraynanın Azərbaycandakı Ticarət Evinin fəaliyyəti haqqında məlumat verilib. Görüş zamanı, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsi imkanları və iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinə dair müzakirələr edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












