Ümrə ziyarətinə gedənlərdən peyvəndləmə sənədi tələb edilməyəcək

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bəyan edib ki, müqəddəs Ramazan ayında Ümrə ziyarətinə gələn əcnəbi zəvvarlardan COVID-19 əleyhinə peyvənd olunmaq haqqında sənəd tələb edilməyəcək.
Nazirliyin zəvvarlara xidmət mərkəzi yeni növ koronavirusla bağlı testin neqativ cavabının yetərli olduğunu bildirib. Bundan başqa, aprelin 12-dək Məkkə və Mədinədə Ümrə ziyarətinə gələnlərə xidmət göstərəcək personalın peyvəndləməsi də həyata keçiriləcək. Peyvənddən imtina edənlər isə hər həftə neqativ PCR testi təqdim etməli olacaqlar.
Səudiyyə Ərəbistanının Bələdiyyələr, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin əməkdaşları Ramazan ayı boyunca zəvvarların toplaşdığı ərazilərdə sosial məsafə və qoruyucu maska qaydalarına riayət edilməsinə nəzarət edəcəklər. Hazırda krallığın ərazisindəki 6 vilayətdə bu qaydalara əməl etməyən 11 məscid bağlanılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












