UNDP: Minalanmış ərazilər mülki əhali üçün təhlükədir

"Minalanmış ərazilər mülki əhali üçün böyük təhlükə yaradır".
Avtosfer.az xəbər verir ki, bunu Beynəlxalq Mina Anlayışı və Mina Fəaliyyətlərinə Dəstək Günü münasibətilə keçirilən konfransda BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı rezident nümayəndəsinin müavini Çaru Bist (Charu Bist) bildirib.
UNDP nümayəndəsi təhlükəli əraziləri təhlükəsiz etməkdə BMT-nin başqa qurumları ilə birgə Azərbaycan hökumətinə dəstək verməyə hazır olduqlarını deyib.
Həmçinin UNDP-nin ANAMA ilə 1999-cu ildən əməkdaşlıq etdiyini, bu əməkdaşlığı ekspert bilikləri, mütəxəssislər üçün təchizat verməklə bundan sonra da davam etməyə hazır olduğu vurğulanıb.
Xatırladaq ki, bu ilin mart ayında Azərbaycan Minalardan Təmizləmə Agentliyi (ANAMA) ilə UNDP arasında Qarabağ münaqişəsi bölgəsini minalardan təmizləməklə bağlı əməkdaşlıq sazişi imzalanıb. Bu məqsədlə UNDP və BMT Mərkəzi Fövqəladə Hallara Cavab Fondu (CERF) tərəfindən 1 milyon ABŞ dolları vəsait ayrılacaq. Həmçinin UNDP nümayəndəliyi lazımi avadanlıq və texniki dəstək verəcək, minatəmizləyən kadrlar hazırlamaqda və dağılmış infrastrukturu bərpa etməkdə kömək edəcək.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











