Uşağını diləndirən ana valideynlikdən məhrum edilə bilər

Bakıda narkoman ər və arvadın valideyn hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Suraxanı rayonunda Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağın valideynləri tərəfindən diləndirilməsi barədə məlumatlar yayılıb.
Qeyd edilənlənlərlə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılaraq Suraxanı rayonu ərazisində yaşayan QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulmuş 2019-cu il təvəllüdlü qızlarının həyatı üçün təhlükənin olması müəyyən edilib.
Bundan başqa, CTKİ-də daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitar şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.
Yoxlama zamanı valideynləri narkotik vasitələrin istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilib.
Mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq qeyd edilən hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılıb.
Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












