ÜST: Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır

Dünya pandemiya ərzində koronavirusun yayılmasının ən yüksək səviyyəsinə yaxınlaşır: son iki ay ərzində yoluxanların sayında hər həftə təxminən ikiqat artım qeydə alınıb.
Bu barədə cümə günü Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
O deyib: “Son iki ayda dünyada həftəlik qeydə alınan yeni yoluxma hallarının sayı təxminən iki dəfə artıb. Bu isə bizi bütün pandemiya dövrü ərzində yoluxmaların ən yüksək səviyyəsinə yaxınlaşdırır”.
ÜST rəhbəri vurğulayıb ki, “əvvəllər COVID-19 virusunun geniş yayılmasından yaxa qurtaran bəzi ölkələr” hazırda yoluxmaların sayının kəskin artması ilə qarşılaşır. Bununla əlaqədar Baş direktor Papua-Yeni Qvineyadakı mürəkkəb vəziyyətə diqqət çəkib. 2021-ci ilə qədər bu ölkədə 900-dən az yoluxma və 9 ölüm halı qeydə alınıb. Hazırda isə 9300-dən çox yoluxma və 82 ölüm halı hesablanıb.
ÜST Cenevrədə çərşənbə günü dərc edilən həftəlik epidemioloji bülletendə xəbər verib ki, COVID-19-a yoluxmaların artımı yeddinci, ölüm hallarının artımı isə dördüncü həftədir ardıcıl olaraq davam edir. Ötən həftə 4,5 milyondan çox yeni yoluxma halları barədə məlumat daxil olub ki, bu da əvvəlki yeddi gün ilə müqayisədə 11 faiz çoxdur. Ölüm hallarının sayı 7 faiz artıb.
ÜST-nin məlumatına görə, cümə axşamı dünyada koronavirusa yoluxmaların təsdiqlənmiş sayı 24 saat ərzində azı 805 min artaraq, 137 milyon 860 min nəfəri, ölüm hallarının sayı 13 min artaraq, 2 milyon 960 min nəfəri ötüb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












