ÜST koronavirusla bağlı yeni kampaniyaya başlayıb - FOTO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyətini bir daha vurğulamaq üçün “Hamısını et” adlı yeni kampaniyaya başlayıb.
ÜST-nin Azərbaycan Nümayəndəliyindən Avtosfer.az-a verilən məlumata görə, Avropanın böyük bir hissəsində yoluxma hallarının sayında artım müşahidə edilməkdədir.
Qeyd olunub ki, COVID-19 xəstələrinin sayının artmasına səbəb ictimai səhiyyə tədbirlərinin yumşaldılması, ştammların davamlı dövriyyəsi və insanların ehtiyatı əldən verməsidir: "Zəruri ictimai səhiyyə tədbirləri bu mübarizənin təməlidir. Dövlət səhiyyə orqanları üçün bu, test, təmasın izlənməsi, izolyasiya, karantin və keyfiyyətli səhiyyə xidməti deməkdir. Fərdlər üçün isə kütləvi məkanlardan uzaq olmaq, fiziki məsafə saxlamaq, əl gigiyenası, maskadan istifadə və qapalı yerlərin havalandırması vacib olaraq qalmaqdadır. Virusun ötürülməsinin öz-özünə azalacağını gözləməkdənsə, yayılma sürətini aşağı salmalıyıq.
Bunu etmək üçün əl yuma, maskadan istifadə və fiziki məsafə kimi COVID-19 və mövcud ştammlara qarşı effektiv olan qoruyucu tədbirlərə davam etməyimiz gərəkdir.
Biz bir deyil, bir neçə peyvənddən qlobal istifadənin başlanğıc mərhələsindəyik və bu, pandemiyanın indiki mərhələsinin sona çatması üçün böyük bir addımdır. Peyvəndlərin əhatə dairəsi artdıqca, xəstəlik və ölüm hallarını azaltmaq və zəruri səhiyyə xidmətlərini davam etdirmək mümkün olacaq. Bununla birlikdə, ötürülmə nisbətini və virusun mutasiya imkanını azaltmaq üçün qoruyucu tədbirlərin hamısını etməliyik. Peyvənd olunmaq qabaqlayıcı tədbirləri dayandırmaq, özümüzü və digərlərini riskə atmaq demək deyil".
ÜST-nin Avropa üzrə Regional Ofisinin #HamısınıEt kampaniyası hər kəsi bütün qabaqlayıcı tədbirlərə davam etməyə çağırır. Buraya daxildir:
- Əlləri yumaq
- Burnu, ağzı və çənəni əhatə edən maska taxmaq
- Kütləvi məkanlardan uzaq olmaq və fiziki məsafəni qorumaq
- Mümkün olduqda pəncərələri açmaq və havalandırmanı yaxşılaşdırmaq
- Öskürəndə ağzı və burnu örtmək
- Səhiyyə qurumlarının tövsiyəsinə uyğun olaraq sıranız gələndə peyvənd olunmaq.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












