ÜST rəhbərindən koronavirusla ilə bağlı Açıqlama

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus koronavirus pandemiyasının çox təhlükəli mərhələsinin çatdığını bildirib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, baş direktor hazırda virusla mübarizə üçün köməkçi vasitələrə, ilk növbədə peyvəndlərə sahib olan dövlətlərin məhdudiyyətləri yumşaltdığını deyib.
“Bununla yanaşı, effektli vasitələrə əli çatmayan ölkələr daha çox kütləvi xəstəxanaya yerləşdirilmə və ölüm halları ilə qarşılaşır. Bu, virusun yeni ştammları ilə daha da kəskinləşir”, - deyə ÜST rəhbəri əlavə edib.
Onun fikrincə, belə bir vəziyyətdən yeganə çıxış yolu ölkələr arasında testlərin, peyvəndlərin, dərmanların və qoruyucu vasitələrin ədalətli paylanmasıdır: “Bu, raket istehsalı və ya xeyriyyəçilik deyil. Bu, bütün maraqlara cavab verən məntiqli ictimai səhiyyə xidmətidir”.
Təşkilat rəhbəri qeyd edib ki, hər şeyin yaxşıya doğru dəyişiləcəyinə ümid var, COVAX peyvənd paylanılması proqramı buna misaldır. Qebreyesus ölkələri bu istiqamətdə öz səylərini artırmağa çağırıb.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












