Vağzal və stansiyalarda təhlükəsizliyə necə nəzarət olunur? - Kameralar 24 saat işləyir

Azərbaycan Dəmir Yolları (ADY) vağzal və stansiyalarda təhlükəsizliyin və davamlı nəzarətin təmin olunması üçün kameralar vasitəsilə 24/7 rejimində müşahidə aparır.
Videomüşahidə Mərkəzinin 800-dən çox kamerası Bakı Dəmiryol Vağzalını, Abşeron dairəvi, Bakı–Qəbələ, Bakı–Ağstafa marşrutları üzrə stansiyaları və digər strateji nöqtələri fasiləsiz nəzarətdə saxlayır.
Mərkəzin iş prinsipi hər hansı qanunazidd halların, baş verə biləcək təhlükəli hadisələrin öncədən müəyyən edilməsi, təcili tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara məlumat verməkdir. Bunlara misal olaraq sahibsiz əşyaların müəyyən edilməsini, obyektlərə kənar şəxslərin müdaxiləsinin qarşısının alınmasını göstərmək olar.
ADY sərnişin və yük daşımalarında təhlükəsizliyə tam nəzarəti təmin etmək məqsədilə stansiya və yollarda yeni müşahidə kameralarının quraşdırılması işlərini sürətlə aparır və bu kameralar mərkəzləşdirilmiş şəkildə Videomüşahidə Mərkəzinə inteqrasiya olunur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












