Vatsapda daha bir funksiya yaradılır

Məşhur messencerlərdən olan vatsapda istifadəçilərin göndərəcəyi videoçarxların keyfiyyətini seçməyə imkan verəcək yeni funksiya işə salınacaq.
Bu barədə “Wabetainfo.com” saytı bildirib.
Yeni funksiya “Android” əməliyyat sistemli smartfonların vatsapında mümkün olacaq.
Qeyd edilir ki, istifadəçi videonun göndərilməsi vaxtı üç variant seçə biləcək: "Avto" (tövsiyə edilir), "Ən yüksək keyfiyyət" və "Məlumatların qənaəti".
Yeni funksiyanın bütün istifadəçilərə məhz nə vaxt əlçatan olacağı açıqlanmır.
Daha əvvəl bildirilib ki, vatsap messencerinin “Android" mobil telefon smartfonları istehsalçıları istifadəçilərin yalnız bir dəfə görə biləcəyi multimedia sənədlərini göndərməyə imkan verən yeni funksiyanı da işə salacaq. Multimedia faylları yalnız bir görüntüdən sonra yox olacaq.///modern.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












