“VAZ-2106”- dən narkotik və "Makarov" tapıldı

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hacıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı “Makarov” markalı tapança və 100 qram heroin aşkar edilərək götürülüb.
Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə Z.Hacıyevə tapançanı satmaqda şübhəli bilinən Ağcabədi sakini H.Qasımov da müəyyən edilərək saxlanılıb və ondan daha bir “Makarov” markalı tapança və 16 ədəd patron götürülüb.
H.Qasımovun ətrafında aparılmış tədbirlərlə onun “Makarov” markalı tapançanı və 2 ədəd patronu satmaq üçün başqa bir şəxsə verməsi də müəyyən edilmişdir.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












