Vətən Müharibəsi Qəhrəmanı general oldu - Qardaşı XTQ polkovnikidir

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam verib.
Avtosfer.az xəbər verir ki, general-mayor rütbəsi verilən iki hərbçidən biri Vətən Müharibəsi Qəhrəmanıdır.
Bu, hələ polkovnik ikən Vətən müharibəsində iştirak Qurbanov Babək Vahid oğludur.
Prezident İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Babək Qurbanov, eyni zamanda “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Qeyd edək ki, general-mayor Babək Qurbanov Şahbuz rayonundandır. O, 1982-ci ildə anadan olub.
Maraqlıdır ki, Babək Qurbanovun əkiz qardaşı Bayram Qurbanov da hərbçidir. Babək Qurbanovdan fərqli olaraq, əkiz qardaşı Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. Polkovnik-leytenant Bayram Qurbanov da qardaşı kimi Vətən Müharibəsinin iştirakçısı olub və Prezident tərəfindən Şuşanın, Kəlbəcərin, Cəbrayılın azad olunmasına görə, eləcə də “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.///qafqazinfo
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












