Vətən müharibəsi şəhidi Fəxrəddin Fərəcovun övladı dünyaya gəlib

Vətən müharibəsi şəhidi Fəxrəddin Fərəcovun övladıd ünyaya gəlib.
Avtosfer.az-ın verdiyi məlumata görə, xaçmazlı şəhidin oğluna onun adı verilib. Quba Perinatal Mərkəzdə dünyaya göz açan körpə bu gün evə buraxılıb. Mərkəzdən verilən məlumata görə, şəhidin həyat yoldaşının və körpənin vəziyyəti normaldır.
Bu, F.Fərəcovun ikinci övladıdır. Şəhidin digər oğlu Ülvinin isə bir yaşı var.
Şəhid Fəxrəddin Fərəcovun övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Bu məqsədlə anaya 1000 AZN təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Qeyd edək ki, F.Fərəcov Cəbrayıl, Füzuli, Hadrut və Xocavəndin azad olunması uğrunda döyüşüb. O oktyabr ayının 23-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan kiçik çavuş F.Fərəcov ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.





Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












