Vətəndaş müraciətlərinə baxılmasında fəal olan 13 qurum təltif edildi - FOTO

Sentyabrın 9-da Onlayn İctimai Nəzarət Platforması və Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAID) nümayəndələri iyun ayında istifadəyə verilən E-Nəzarət Platformasının (www.enezaret.az) rüblük ilkin nəticələrinə dair dəyirmi masa keçirib. Bu dəyirmi masada, e-nəzarət komandası və USAID, vətəndaşların problemlərinin müəyyən edilməsi və həll edilməsi üçün aidiyyəti yerli hökumət orqanlarına çatdırılmasında Platformanın ilkin uğurunu qeyd etdi.
Bu Platforma, ictimai narahatlıq doğuran məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı video və fotoşəkillər daxil olmaqla vətəndaşlardan məlumat almağa və dövlət qurumlarının bu narahatlıqları həll etməsinə imkan verməyə yönəlmiş USAID tərəfindən maliyyələşdirilən Şəffaflıq naminə vətəndaş cəmiyyəti (ECSOFT) layihəsinin vacib funksiyasıdır. Boru sızması, məişət tullantılarının daşınmaması, yolun səthinin zədələnməsi, ağacların aşması, açıq lyuklar və digər problemlərlə bağlı hallarda vətəndaşlar e-nəzarət komandasını WhatsApp (055 4502013) və ya internet saytı (www.enezaret.az) vasitəsilə məlumatlandırır və platformanın vəkilləri işi həll etmək üçün müvafiq tədbirlər görürlər.
Dəyirmi masa zamanı ECSOFT layihəsinin icraçı tərəfdaş şirkətinin rəhbəri Məhəmməd Quluzadə fəaliyyət, Onlayn İctimai Nəzarət Platforması və bu günə qədər əldə olunan nəticələr haqqında ətraflı məlumat verdi. USAID-in Azərbaycandakı Missiya Direktoru Jaidev Singh, USAID-in vətəndaşların narahatlıqlarının hökumətin həll etməsi üçün Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğuladı.
Rübün nəticələrinə görə, 13 dövlət qurumunun vətəndaşların müraciətlərinə baxılması baxımından fəal olduğu müəyyən edildi və onlara müvafiq təltiflər təqdim olundu. Bu qurumlara “Azərsu”, Bakı şəhər İH, Bakı Nəqliyyat Agentliyi, “Azərişıq”, Xətai İH, Dövlət Yol Polisi İdarəsi, Yasamal İH, Nizami İH, Sabunçu İH, Xəzər İH, Azərbaycan Avtomobil Yolları Agentliyi, Gəncə İH və Mingəçevir İH daxildir.
Onlayn İctimai Nəzarət Platforması USAID-in maliyyələşdirdiyi ECSOFT fəaliyyəti çərçivəsində Açıq Hökumət Milli Platforması ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən pilot layihədir.
Daha ətraflı məlumat üçün: [email protected]
Tədbirlə bağlı şəkilləri https://we.tl/t-NdSMFtBTrB linkdən yükləyə bilərsiniz.
Tədbirlə bağlı facebook səhifəsində paylaşım:
https://www.facebook.com/110001031272711/posts/170624331877047/
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı














