Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

"Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsinə əsasən, spirtli içkilər üçün minimum qiymət müəyyənləşdiriləcək. Dəyişikliklər araq məhsullarının qiymətinin minimumlaşdırılmasını nəzərdə tutur".
Avtosfer.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu ilin ilk 9 ayında Azərbaycanda içkilər və tütün məmulatlarına 1 milyard 882 milyon manat xərclənib:
"Əvvəlki ilin uyğun dövrünə nisbətən vətəndaşlarımız içkilər və siqaretə 132 milyon manat daha çox pul ayırıb. Yəni, içki və tütün məhsullarının ailə büdcəsində payı artmaqdadır. Vətəndaşlarımız qazandıqları hər 100 manatın 5 manatını içkilər və siqaretə xərcləyirlər. İçki və tütün xərclərinin artması həmin məhsulların qiymətinin yüksəlməsi ilə bağlı olsa da, tələbin artması da müşahidə olunur. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda spirtli içki istehlakının növbəti illərdə artacağını proqnozlaşdırır. Adambaşına istehlak indi 2.0 litr olduğu halda, bunun gələn il 2.5, 2030-cü ildə isə 3.9 litr olacağı gözlənilir. İstehlak artdıqca isə xərc də çoxalır.
Deməli, spirtli içkilər və tütün məhsullarının istehlakını azaltmaqla həm qənaət etmək, həm də daha sağlam olmaq mümkündür. Ona görə də, alkoqol və tütün məhsullarını istehlak etməkdənsə, ixrac etmək daha faydalıdır".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












