Vətəndaşları qanunsuz dini mərasimlərə çağıran şəxsə xəbərdarlıq edilib

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınması üzrə həyata keçirilən tədbirlər daim diqqət mərkəzində saxlanılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, nəzərdə tutulan məhdudiyyətlərlə əlaqəli müəyyən olunan qaydalara etinasız yanaşan, xarici himayədarlarının təsiri ilə Lənkəran rayonunun Separadi kənd sakini Ruhullah Axundzadə Şababa oğlu bu gün feysbuk üzərindən canlı yayımla onu tanıyanları kütləvi dini mərasimlərdə iştiraka çağırıb.
Bununla əlaqədar R.Axundzadəyə rayon hüquq-mühafizə orqanları tərəfindən rəsmi xəbərdarlıq edilib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydaları izah olunub.
Qeyd olunanları nəzərə alaraq, vətəndaşlara tövsiyə edilir ki, infeksiya şəraitində dini mərasimlərinin keçirilməsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının tövsiyələrinə hər bir şəxs ciddi əməl etməlidir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












