Özünü “Azərsu” əməkdaşı kimi təqdim edən şəxs sakinlərdən pul yığır - FOTO

Bakı şəhəri Sabunçu rayonu ərazisində özünü “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.
Qurumdan Oxu.Az-a verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və özünü Əli kimi təqdim edən şəxs debitor borca görə suyun kəsilməməsi müqabilində abonentlərdən pul tələb edib.
“Azərsu” ASC-nin Sabunçu rayon Sukanal İdarəsinin mühəndisi Elçin Quliyev ərazidə olarkən bir neçə abonent bildirib ki, sizdən əvvəl başqa bir əməkdaşınıza nağd qaydada pul ödənilib.
Ərazidəki müşahidə kameralarından həmin şəxsin görüntüsü əldə edilib. Aşkar olunmuş hal üzrə faktlar və sənədlər araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.
“Azərsu” ASC bir daha abonentlərin diqqətinə çatdırır ki, “Azərsu” ASC əməkdaşlardan vəsiqə tələb etsinlər, heç bir halda onlara nağd pul ödəməsinlər, əməkdaşların qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.
Abonentlərdən xahiş olunur ki, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (sayt, portal, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı













