Vəzifəyə yeni təyin olunan müdir məhkəməyə verildi - FOTO

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Vaqif oğlu Kərimov barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 5281-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Protokol məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə tərtib olunub.
Avtosfer.az-ın Modern.az-a istinadən məlumatına görə, işə Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, protokol təsdiq edilərsə, idarə müdiri min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimələnə bilər.
Xatırladaq ki, Elçin Vaqif oğlu Kərimov oktyabrın 30-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri təyin edilib.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












