Villalar, “Bentley”, “Rolls Royce”… – Məhv edilən terrorçu dəstənin LÜKS HƏYATI

İstanbul Polis Baş İdarəsinin Kibercinayətlərlə Mübarizə Şöbəsi çox sayda istifadəçisi olan TOTOBO virtual mərc saytını izləyib. 8 aylıq texniki və fiziki monitorinqdən sonra polis qrupları virtual mərc oyunları ilə terror təşkilatları arasında əlaqəni üzə çıxarıb.
Musavat.com xəbər verir ki, Özkan G.-nin başçılıq etdiyi 75 nəfərlik dəstənin üzvlərinin əksəriyyəti PKK və digər terror təşkilatlarına bağlı olub.
İstanbul Baş Prokurorluğu bununla bağlı 75 nəfər barəsində həbs qətimkan tədbiri seçib. Ankara, Antalya, Bursa, Balıkəsir, İzmir, Rizə və Mardin daxil olmaqla 8 vilayətdə eyni vaxtda əməliyyat keçirilib və aralarında qruplaşmanın lideri Özkan G.-nin də olduğu 57 nəfər saxlanıb. Barələrində həbs qərarı verilən şəxslərdən birinin həbsxanada, üçünün isə ölkə xaricində olduğu ortaya çıxıb.
Virtual mərc şəbəkəsini idarə edən Özkan G. və digər dəstə üzvləri izlərini itirmək üçün davamlı olaraq nömrələrini dəyişib, daha çox xarici vətəndaşların adına açılan telefon xətlərindən istifadə ediblər.
İstintaq çərçivəsində dəstə üzvlərinin bank hesablarında 1 milyard TL-dən (55 milyon dollardan) çox pul dövriyyəsinin olduğu üzə çıxıb. Başqa şirkətlər vasitəsilə həyata keçirilən pul dövriyyəsinin sonu Şimali Makedoniyaya qədər uzanıb.
Əməliyyat keçirilən ünvanlarda aparılan axtarışlar nəticəsində 7 ədəd sənədsiz silah və saxta şəxsiyyət vəsiqələri, təşkilatın pul dövriyyəsi ilə bağlı sənədlər və virtual mərc oyununa qatılan istifadəçilərin məlumatları ələ keçirilib.
İstintaq çərçivəsində təşkilat üzvlərinin istifadə etdiyi 4 lüks avtomobil və təxminən 100 min lirə nağd pul, 3100 dollar və 1400 avro ələ keçirilib.
Məlum olub ki, virtual mərc dəstəsinin üzvləri aylıq kirayəsi 50-60 min lirə olan villalarda yaşayır və “Bentley” və “Rolls Royce” kimi ultralüks avtomobillərdən istifadə edirlər. Dəstə üzvlərinin bahalı mehmanxanalarda istirahətləri də diqqət çəkib.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










