Vulkanın aktivləşməsinə görə onlarla uçuş ləğv edilib

İtaliyanın Siciliya adasındakı Kataniya hava limanında Etna vulkanı səbəbindən onlarla uçuş ləğv edilib və ya təxirə salınıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, günün sonuna qədər hava limanında fasilələr yaransa da, hələ açıqdır. Bəzi təyyarələr Palermoya yönləndirilib.
İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu Etna kraterlərindən birində aktivliyin tədricən artdığını təsdiqləyib. Kül sütununun cənub istiqamətində yayıldığı bildirilir.
Etna Siciliyanın şərq sahilində yerləşən stratovulkandır. O, Avropanın ən yüksək aktivliyə malik vulkanıdır. Etnanın maksimum hündürlüyü aralarındakı püskürmələr və çökmələr nəticəsində dəyişir. Vulkan 1190 kvadrat kilometr ərazini əhatə edir və İtaliyanın ən böyük aktiv vulkanı sayılır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












