Vüqarın valideynləri necədir? - RƏSMİ

İki gün öncə Abşeron rayonu, Novxanı kəndində mərhum şahmatçı Vüqar Həşimovun ailəsinin yaşadığı evdə partlayış baş verib. Hadisə nəticəsində onun valideynləri xəsarət alıb.
TƏBİB hər iki şəxsin hazırkı vəziyyətini açıqlayıb.
“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir.
TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub”, - qurumdan bildirilib.
Qeyd edək ki, Vüqar Həşimov Azərbaycan şahmat millisinin üzvü olub. O, 2009-cu ildə yığmamızla Avropa çempionu adını qazanıb. Qrossmeyster millimizə qitə çempionluğu titulunu gətirən qələbəyə imza atıb.
O, 2014-cü ildə 28 yaşında beyin xərçəngindən dünyasını dəyişib.
(qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












