“Wizz Air Abu Dhabi” Bakıya uçuşlar həyata keçirəcək

BƏƏ-yə məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti 2021-ci il avqustun 14-dən etibarən Bakıya yeni marşrutun açılacağını bəyan edib.
Avtosfer.az ərəb mətbuatına istinadən xəbər verir ki, yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq. Azərbaycanın rəsmi Əbu-Dabi üçün yaşıl siyahıda olması səbəbindən səyahət edən şəxslərin karantində qalmasına ehtiyac qalmayacaq.
Bakıya uçuşlar həftənin 2 günü – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Kis Van Şayk deyib: “Biz öz marşrut şəbəkəmizə yeni və maraqlı istiqamətləri əlavə etməkdə davam edirik. Bakı başqa şəhərlərə bənzəmir. Mədəniyyətlərin unikal kəsişməsinə malik bu şəhər hər kəsə qonaqpərvərlik və tarixdən tutmuş yemək və içkilərədək geniş müxtəliflik təklif edir. Bütün dünyada məhdudiyyətlər yumşaldıqca səyahət etmək istəyənlərə səyahət üçün daha böyük imkanlar təqdim etməkdə davam edirik. Tezliklə sizi təyyarələrimizdə gözləyirik”.
“Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir 4 “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












